Bakıda “Bentley”ni yandıran tapıldı

Bakıda “Bentley”ni yandıran tapıldı
  06 Fevral 2016    Oxunub:1859
Bakıda “Volvo” markalı avtomobildə baş verən yanğın yaxınlıqdakı “Bentley”yə də ziyan vurub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan “Volvo” markalı atomobildə yanğın baş vermiş və yanğından yaxınlıqda dayanmış “Bentley” markalı avtomobilin arxa qanadının rəngi qopmuş, sağ arxa ışığı ərimişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti