`Şamaxinka`da yol bağlanır

`Şamaxinka`da yol bağlanır
  06 Fevral 2016    Oxunub:1676
Bakının işlək yollarından daha biri bağlanır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 6-da aparılacaq təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Təmir işlərinin axşam saatlarına kimi aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Teqlər:





Xəbər lenti