İran dollardan imtina edir

İran dollardan imtina edir
  06 Fevral 2016    Oxunub:6751
İran satdığı neftə görə vəsaiti avro ilə almağa hazırlaşır. Bundan başqa İranın Mərkəzi Bankı xarici hesablaşmaların avro ilə aparılmasına dair qərar verib. Buna səbəb dollardan asılılığı azaltmaqdır.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” İranın Milli Neft şirkətindəki (NİOC) mənbəyə istinadən yayıb.

Mənbənin vediyi xəbərə görə, söhbət Fransanın “Total”, İspaniyanın “Cepsa” və “LUKoyl” şirkətinin qolu olan “Litasco” şirkətlərin ilə bağlanan müqavilədən gedir. NİOC-un ödənişin hansı valyuta ilə aparacağı haqda müqavilədə xüsusi bənd olacaq: “Bizim neftin alıcıları ödənişi avro ilə aparmalı olacaqlar”.

“LUKOİL” və “Total” məsələ ilə bağlı şərh verməyib, “Cepsa” isə bununla bağlı sorğunu cavablandırmayıb.

Bundan başqa rəsmi Tehran öz tərəfdarlarına bəyan edib ki, borcları dollarla yox, avro ilə almaq istəyir. Mənbənin sözlərinə görə, dollardan imtina siyasi səbəblərdən irəli gəlir.

Qeyd edək ki, İrana qarşı sanksiyaların ləğvindən sonra bu ölkə dondurulan vəsaitlərin bir hissəsini geri ala biləcək. İrana olan borcun ümumi miqdarını Vaşinqton 100 milyard dollar (89,2 milyard avro –red.) dəyərində qiymətləndirir. Tehran sanksiyaların ləğvindən sonra bu vəsaitin təqribən yarısını əldə edə bilib.

Hələlik İranın dünya ölkələrinin neft tədarükünə görə İrana olan borcunun hansı hissəsini avroda almaq istədiyi bilinmir. Təkcə Hindistanın bu ölkəyə borcu 6 milyard dollar təşkil edir.

İran neft ixracına görə beynəlxalq ödənişlərin avroa ilə həyata keçirilməsinin tərəfdarıdır. Hələ 2007-ci ildə Tehran OPEK üzvlərini İranın sabiq prezidenti Mahmud Əhmədinejad “lazımsız kağız” adlandırdığı dollardan imtina etməyə çağırırdı.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti