Kaladze qazın tapılması xəbərini yalanladı

Kaladze qazın tapılması xəbərini yalanladı
  06 Fevral 2016    Oxunub:2067
`Gürcüstanın Kaxeti bölgəsində 3,8 trilyon kubmetr təbii qaz ehtiyatı olması barədə “Frontera” şirkətinin məlumatı inandırıcı deyil`.
AzVision.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, bu gün Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil.

Nazir əlavə edib ki, iddianın sübuta ehtiyacı var: `Bunun üçün isə milyardlarla investisiya lazımdır. Əgər bu proqnozlar təsdiqini taparsa vəziyyət tam dəyişər. Amma bunun da hansı nəticələr verəcəyini heç kim qabaqcadan proqnozlaşdıra bilməz`.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti