Çingiz Abdullayevin qalmaqal yaradan statusu - Bəyanat

Çingiz Abdullayevin qalmaqal yaradan statusu - Bəyanat
  04 Fevral 2016    Oxunub:5145
"Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi "Facebook" səhifəsində etdiyi paylaşım son günlər idman mediasında müzakirə mövzusuna çevrilib.
Mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq üçün “Neftçi” klubu bəyanat yayıb.

Bəyanatda bildirilir: "Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”nin Müşahidə Şurasının sədridir.

Abdullayevin "Facebook"dakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi” klubuna heç bir aidiyyəti yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

“Neftçi"də işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox, 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

“Neftçi” rəhbərliyi komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb.

Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub".


Teqlər:  





Xəbər lenti