Gənclərin ev problemi necə həll olunacaq?

Gənclərin ev problemi necə həll olunacaq?
  28 Dekabr 2015    Oxunub:3635
Gənclərin sosial mənzillərlə təmin olunması son illər ən çox müzakirə olunan məsələlərdəndir. Bu günlərdə gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına dair hesabatında gənclərin dövlət tərəfindən evlə təmin olunması məsələsinə münasibət bildirərək qeyd edib ki, hazırki vəziyyətdə gənclər üçün ev tikmək mümkün deyil.
“Hazırda dövlət büdcəsi hesabına ev tikmək və bunu gənclərə paylamaq düz deyil. Odur ki, hazırda bu məsələ gündəmdə deyil”.

Nazirin bu açıqlamasına münasibət bildirən millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında qeyd edib ki, gənclərin mənzil problemini həll etmək üçün dövlət tərəfindən onlara ipoteka kreditləri veriləcək.

“İpoteka kreditləri ilə bağlı ölkə başçısının tapışırığı var. Dövlət büdcəsindən 200 milyon əlavə vəsait ayrılacaq. Bununla bağlı Mərkəzi Bank hökumətin müvafiq strukturları ilə birgə layihə hazırlayır və gələn il bu barədə müvafiq addımlar atılacaq. Hesab edirəm ki, gənclərə mənzil problemini həll etmək üçün ipoteka kreditləri veriləcək.

Bundan başqa layihələr də ola bilər. Gənclərin torpaqla təmin olunması, ucuz kreditlərin verilməsi də gündəmdə olacaq. Gənclər heç vaxt dövlətin dəstəyindən kənarda qalmayıb və bundan sonra da qalmayacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti