Gənclər üçün ev tikmək mümkün deyil - Nazirin hesabatı
Nazir qeyd edib ki, hazırki iqtisadi durumda dövlət büdcəsi hesabına ev tikmək və bunu gənclərə paylamaq düz deyil. Odur ki, hazırda bu məsələ gündəmdə deyil.
A.Rəhimov manatın ucuzlaşmasından söz açaraq qeyd edib ki, iqtisadi böhran nazirliyin büdcəsinə təsir etməyəcək. Nazir bildirib ki, Gənclər və İdman Nazirliyi xarici ölkələrdən heç bir məhsul idxal etmir. Odur ki, manatın devalivasiyası nazirliyin büdcəsinə təsir etməyəcək.
“Bütün layihələr gələn il yerinə yetiriləcək. “Formula-1” və digər idman yarışlarının büdcəsi əvvəldən hesablanıb. Ona görə də problem olmayacaq”.
A.Rəhimov qeyd edib ki, nazirliyin tərkibində olmayan şəxsi klublar vergiyə cəlb olunmalıdır.
Nazi diqqətə çatdırıb ki, həmin klublar kommersiya fəaliyyəti ilə məşğul olurlarsa, vergi də verməlidirlər
Gültəkin Ələsgər