Nazirlik bu il hansı işləri görüb?

Nazirlik bu il hansı işləri görüb?
  25 Dekabr 2015    Oxunub:1787
“2015-ci ildə gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyədə olub”.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına dair hesabat çıxışında deyib.

Nazir bildirib ki, cari ildə 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycana qəbul olunub. A.Rəhimov onu da qeyd edib ki, 26 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası prezidenti tərəfindən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişafı strategiyası imzalanıb.

“2015-ci ildə elm təhsil, mədəniyyət, ədəbiyyat sahələrində fərqlənmiş 6 gəncə Gənclər üçün prezident mükafatı təqdim edilib. Həmçinin 17 istedadlı, yaradıcı gəncin, gənclərin Qeyri-Hökumət Təşkilatı və 4 tələbə gənc təşkilatı Gənclər İdman Nazirliyinin mükafatına layiq görülüb”.

A.Rəhimov vurğulayıb ki, hazırda ölkədə istifadəyə verilmiş 33 Gənclər evi fəaliyyət göstərir. Gələn il Binəqədi və Tovuz rayonlarında tikinti işləri başa çatdırılıb, 2016-ci ilin birinci rübündə Gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulub. Gələn il Gəncə və Şirvan şəhərlərində Gənclər evinin tikintisi başa çatdırılacaq. Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti