Nazirlik 5 ilin hesabatını verdi

Nazirlik 5 ilin hesabatını verdi
  22 Dekabr 2015    Oxunub:2030
Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv iştirak edir:

`Bu ilin ən əhəmiyyətli hadisəsi I Avropa Oyunlarının keçirilməsi idi. Bu da bütün dünyanın diqqət mərkəzində oldu. Bundan başqa, Oyunlarda könüllülərin də əməyi az olmayıb. Belə ki, oyunlar zamanı 20 minə yaxın könüllü iştirak edirdi. Onların zəhməti də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı və bunun üçün birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlamışdı`.

Nazir bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ötən 5 ildə icra olunub və bu müddətdə bir çox nailiyyətlər əldə edilib.

Daha sonra proqramın yekun hesabatı barədə danışan gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, proqramın icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat ayrılıb. Eyni zamanda hesabat dövründə 675 tədbir həyata keçirilib. 554-ü respublikadaxili, 121-i isə beynəlxalq səviyyədə olub.

O qeyd edib ki, 3 şəhərdə gənclər evi istifadəyə verilib və 5 rayon və şəhərdə gənclər evinin tikintisi davam edir: "İndiyədək ümumilikdə 33 gənclər evi tikilib".

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti