“Qarabağ” yenə “Sumqayıt”la bacarmadı

“Qarabağ” yenə “Sumqayıt”la bacarmadı
  16 Dekabr 2015    Oxunub:1873
Dekabrın 16-da Topaz Premyer Liqasının XVII turu çərçivəsində daha bir qarşılaşma keçirilib.
İkinci oyun gününün ilk görüşündə lider “Qarabağ” öz meydanında autsayderlər qrupunda yer alan “Sumqayıt”ı qəbul edib.

Qurban Qurbanovun komandası son üç səfər matçında qol vura bilməyən "Sumqayıt"la məhsuldar heç-heçəyə razılaşıb.

Birinci hissəyə sürətli başlayan ev sahibi komanda oyunun 7-ci dəqiqəsində qapısında qol görüb. Amil Yunanov dəqiq zərbə ilə “Sumqayıt”ı hesabda irəli çıxarıb - 0:1.

Fasilədən sonra Ağdam klubu yenə qapısından erkən topu buraxan tərəf olub. Mikayıl Rəhimov 52-ci dəqiqədə başı ilə vurduğu qolla adını tabloya yazdırıb. Dörd dəqiqə sonra “Qarabağ”ın penaltidən qazandığı şansı Riçard Almeyda boşa çıxarmayıb - 1:2. Ağdamlıların bərabərlik qolu qarşılaşmanın sonuna təsadüf edib. Matçın 89-cu dəqiqəsində Dani “Qarabağ”ı məğlubiyyətdən xilas edib - 2:2.

Beləliklə, xallarının sayını 37-ə çatdıran Q.Qurbanovun komandası ikinci sırada qərarlaşan klubdan 10 xal fərqi ilə artıq qış çempionudur. Bir xal qazanmaqla xalını 17-ə yüksəldən “Sumqayıt” isə hələlik 8-ci pillədən 7-ci yerə irəliləyib.


Teqlər:  





Xəbər lenti