Neftçilərin `Günəşli`dəki SON FOTOSU

 Neftçilərin `Günəşli`dəki SON FOTOSU
  09 Dekabr 2015    Oxunub:22775
Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın zamanı xilas olunan neftçi Bəhruz Babayev həmin anları çəkə bilib.
Neftçi öz Facebook səhifəsində xilasetmə anlarını paylaşıb. Fotoda xilas olunmuş neftçilər və həmin ərazi görünür.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışalrı davam edir. (baku.ws)

Qalereya




Teqlər:  





Xəbər lenti