“Qarabağ” liderliyini davam etdirir

 “Qarabağ” liderliyini davam etdirir
  07 Dekabr 2015    Oxunub:1672
Dekabrın 6-da futbol üzrə Topaz Premyer Liqasının XV turu çərçivəsində üç oyun keçirilib.
AzVision.az-ın məlumatına görə, “Xəzər-Lənkəran” komandası doğma meydanda “Qəbələ”ni qəbul edib. Qarşılaşmada “Qəbələ” qalib gəlib.

“Bakcell Arena”da “Neftçi” və “Zirə” komandaları qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda “İnter” komandasını qəbul edən “Qarabağ” rəqib üzərində 1:0 hesablı qələbə qazanıb.

Beləliklə, hesabındakı xalların sayını 35-ə çatdıran “Qarabağ” turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. “Qəbələ” 27 xalla ikinci, “Zirə” isə 25 xalla üçüncü pillədə qərarlaşıblar.

Turun digər matçları – “Sumqayıt” - “Kəpəz” və “Rəvan” – AZAL qarşılaşmaları bu gün keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti