`Yaralı neftçilərin vəziyyəti stabildir...` - Baş həkim
Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.
"Onların vəziyyəti stabildir və daim nəzarət altındadır" deyə baş həkim bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
***
Günəşli dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək. İlk növbədə platformadan gəmi ilə təxliyyə olunmuş 27 nəfər gətiriləcək. Dörd nəfər isə helikopter ilə təxliyyə olunub.
AzVision.az