Yanğınla bağlı açıqlama: İşçilər sağ-salamatdır

Yanğınla bağlı açıqlama: İşçilər sağ-salamatdır
  05 Dekabr 2015    Oxunub:2799
“Günəşli” yatağındakı yanğın nəticəsində ölən yoxdur, işçilər sağ-salamatdır.
Bu barədə AzVision.az-a SOCAR-ın “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan məlumat verilib.

Məlumata görə, "Günəşli" yatağının 10-cu blokunda baş vermiş hadisə zamanı ölən yoxdur və hazırda SOCAR rəhbərliyi hadisə yerindədir.

Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir.

FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.

Məlumatda qeyd olunur ki, dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir və bu səbəbdən hələlik yanğının qarşısı alınmayıb.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti