AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  01 Dekabr 2015    Oxunub:1960
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
AzVision.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə,İK Azərbaycan Premyer Liqasının 14-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun fasiləsi zamanı “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Teqlər:  





Xəbər lenti