Naqif Həmzəyev əslində nə deyib? – Söhbətin şahidi

Naqif Həmzəyev əslində nə deyib? – Söhbətin şahidi
  01 Dekabr 2015    Oxunub:66771
...Bizi Bakıya yola salanda Naqif bəy belə dedi: “Jurnalistləri çox istəyirəm. Çünki mən də sizin kimi gəncəm. Heç kəs mənimlə görüş barəsində yazmasın. Çünki bu, görüş deyildi. Mən sadəcə sizi görmək istədim. Ona görə də gəldim və bir süfrə arxasında əyləşdik. Müsahibədən söhbət belə gedə bilməz”.

Gəncədən seçilmiş deputat Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadə haqda dediyi sözləri sosial şəbəkədə bomba kimi partladı. Deputatın özü sözlərinin təhrif olunduğunu dilə gətirdi. Bəs əslində hadisə necə olub?

AzVision.az-ın həmin söhbətdə iştirak etmiş əməkdaşı Hafiz Əhmədov hadisəni olduğu kimi, heç bir rəng qatmadan təsvir edir:

- Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidentı yanında Gənclər Fodununun maliyyə dəstəyilə Gəncədə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində dəyirmi masa təşkil etmişdi. Dəyirmi masadan sonra tədbirə dəvət olunmuş jurnalistlər üçün gəzinti turu təşkil olundu.

Göygöl qoruğunun ziyarəti zamanı tədbirin təşkilatçısına zəng gəldi. Zəng vuran Naqif Həmzəyev idi. O, jurnalistləri görmək və birlikdə nahar etmək istədiyini dedi. Ona görə də Göygöl gəzintisindən sonra Gəncəyə qayıtdıq. Orada Naqif Həmzəyev təşkil etdiyi süfrədə əyləşdik və nahar etməyə başladıq.

Naqif bəy də çox səmimi şəkildə bizimlə süfrə arxasında əyləşdi. O, Gəncədəki inkişafdan danışır, bizimlə çörək yeyir, qeyri-rəsmi söhbət edirdi. Xüsusilə vurğuladı ki, bu görüş tamamilə qeyri-rəsmi xarakterlidir, sadəcə, jurnalisləri çox istəyir və buna görə də onlarla bir yerdə nahar etmək fürsətini qaçırmadı.

O, müsahibə üçün görüşmədiyini lap söhbətin əvvvəlində demişdi. Biz də yemək yeyə-yeyə hərdən ona sual verirdik. O da süfrə arxasında quzu ətindən hazırlamnış yeməkdən dada-dada hərdən söhbətə qoşulurdu.

Qəfildən jurnalistlərdən biri ona Gəncədəki Rəsulzadənin büstü ilə bağlı sual verdi. Dedi ki, niyə büstün başına torba keçiriblər? Naqif bəy cavabında dedi ki, o, torba deyil, sadəcə, təmir getdiyi üçün büstün üzərini örtüblər. Və ardınca əlavə etdi ki, onun üçün tək lider Heydər Əliyevdir. YAP-ın Xalq Cümhuriyyəti fəalları üçün Gəncədə gördüyü işlərdən danışdı. Hətta sual verən jurnalisti 28 may günü Gəncəyə dəvət etdi ki, gəlib Cümhuriyyət fəalları üçün görülən işləri gözlərilə görsünlər. Rəsulzadənin ailə həyatı ilə bağlı ifadələri isə yemək yeyə-yeyə söhbətə qoşulanlar daha çox ortaya atdılar.

Sonda Naqif bəy hər kəsə telefon nömrəsini və fb ünvanını verdi ki, bütün məslələrlə bağlı suallarını onun özündən soruşsunlar. Daha sonra jurnalistlər Gəncə çayının qarşısnda onunla şəkil çəkdirdilər.

Bizi Bakıya yolsa salanda Naqif bəy belə dedi: “Jurnalistləri çox istəyirəm. Çünki mən də sizin kimi gəncəm. Heç kəs mənimlə görüş barəsində yazmasın. Çünki bu, görüş deyildi. Mən sadəcə sizi görmək istədim. Ona görə də gəldim və bir süfrə arxasında əyləşdik. Müsahibədən söhbət belə gedə bilməz”.


Teqlər:  





Xəbər lenti