YUNESKO-da erməni işğalı haqda hesabat qəbul edildi
Komitə üzvlərinə təqdim edilən hesabat kifayət qədər müfəssəl hazırlanıb, qaldırılmış sualları ətraflı cavablandırıb, eyni zamanda bütün ölkə ərazisində beşillik dövrdə həyata keçirilmiş tədbir və layihələri tam əks etdirib və ən əsası, hesabat keçmiş və gələcəyin inkişaf planları arasında ciddi bağlılığı qoruyur.
Hesabatda, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyanı, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmə məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərimizin öz qeyri maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinliklər əks olunub, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, qeyri-maddi mədəni irsin inkişafına və qorunmasına mənfi təsir göstərməklə yanaşı, bu ərazilərdə yaşayan azərbaycanlıların intellektual mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib.
Müzakirələrin sonunda Azəbaycanın beşillik hesabatı qəbul edilib.
AzVision.az
Teqlər: