`Rusiyadan üzr istəməyəcəyik` - Davudoğlu son sözünü dedi

`Rusiyadan üzr istəməyəcəyik` - Davudoğlu son sözünü dedi
  30 Noyabr 2015    Oxunub:2378
Rusiya ilə Türkiyə arasında gərginlik artmaqda davam edir.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Valdimir Putinlə görüşmək xahişi fonunda Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə açıqlaması ilə iki dövlət arasında münasibətlərin düzəlməsi üçün aparılan danışıqları kökündən vurub.

NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra açıqlama verən Davudoğlu bildirib ki, Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi və Türkiyə ordusu öz vəzifəsini yerinə yetirirdi: “Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.

Eyni zamanda diplomat Rusiya ilə münasibətlərin pozulmasının tərəfdarı olmadığını diqqətə çatdırıb: “Türkiyənin mövcud gərginliyi artırmaq niyyəti yoxdur. Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq. Ümidvarıq ki, Rusiya bizə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara yenidən nəzər salacaq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə qarşısında 3 şərt irəli sürüb. Belə ki, Putin Türkiyədən üzrxahlıq, Rusiya təyyarəsinin vurulması və pilotun ölümünə görə kompensasiya təklif edilməsini və bu hadisəni törədənlərin cəzalandırılmasını gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti