4 generalın işdən çıxarılması ilə bağlı Açıqlama
Nazirlikdən bildirilib ki, adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb. Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.
Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M. Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.
AzVision.az