Ağdaşda faciə: iki bacı öldü, ata və oğul yaralandı

Ağdaşda faciə: iki bacı öldü, ata və oğul yaralandı
  30 Noyabr 2015    Oxunub:2624
Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə noyabrın 29-da axşam saatlarında Ağdaşın Türyançay kəndində qeydə alınıb.

Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü Əfqan Əliyev, onun atası 1962-ci il təvəllüdlü Əliyev Elton Cəlal oğlu, onun qaynanası 1948-ci il təvəllüdlü Quliyeva Fatimə Qabil qızı, bacısı 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda koma vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik tam məlum deyil.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)


Teqlər:





Xəbər lenti