Ərdoğan və Davudoğludan iki fərqli açıqlama

Ərdoğan və Davudoğludan iki fərqli açıqlama
  30 Noyabr 2015    Oxunub:3439
Tükiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya məxsus vurulmuş Su-24 təyyarəsi ilə bağlı insidentin gələcəkdə təkrarlana biləcəyi haqda xəbərdarlıq edib.
“Nəzərə alsaq ki, Suriyada müxtəlif məqsədlərə malik iki koalisiya fəaliyyət göstərir, Rusiya bomrdmandmançısının başına gələn insident təkrarlana bilər”-deyə Davudoğlu Rusiyanı hədələyib.

Davudoğlu gələcəkdə belə faciəli hadisələrin baş verməməsi üçün bütün tərəfləri öz hərəkətlərini koordinasiya etməyə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bugünkü açıqlamasında Davudoğludan fərqli olaraq Rusiyaya barış mesajı verib. O, Moskva ilə yaşanan qalmaqala görə, təəssüfləndiyini deyib. Ərdoğan belə hadisələrin bir daha təkrarlanmayacağını bəyan edib.

`Türkiyə ilə Rusiya arasında baş verən hadisələrə görə məyusuq. İki ölkə bir-biri üçün əhəmiyyətlidir. Ümid edirəm ki, oxşar hadisə bir daha təkrarlanmayacaq`.

AzVision.az


Teqlər:  





Xəbər lenti