Nardaranda meydan boşaldıldı - Yenilənib

Nardaranda meydan boşaldıldı - Yenilənib
  30 Noyabr 2015    Oxunub:7912
Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb.

Artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.

Sakinlər öz evlərinə dağılışıblar.

Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər. (Apa)

***

Nardaranda meydanın boşaldılmasına qərar verildi.

Bu barədə Nardaran sakinləri günorta saatlarında Hüseyniyyə məscidində toplaşaraq apardıqları müzakirələrin sonunda qərara gəliblər.

Nardaran Ağsaqqalları sakinləri meydanı tam boşaltmağa, evlərinə qayıtmağa çağırıblar.

***

Dünəndən başlayaraq Nardarandaki qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasında yüksək həddə çatıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və evvəlki normal həyata tərzinə qayıtmaq təklıfləri səsləndirilir.

Əksəriyyat evlərə çəkilməyi, asayişi yenidən bərpa olunmasını tələb edir.

Yaxın dəqiqələrdə meydanda yekün yekdil qərar qəbul olunacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti