Xüsusi əməliyyatda 3 silahlı öldürüldü

Xüsusi əməliyyatda 3 silahlı öldürüldü
  29 Noyabr 2015    Oxunub:2234
Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb.
Bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib. Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir.

Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti