Şəkidə 61 yaşlı kişi intihar edib

Şəkidə 61 yaşlı kişi intihar edib
  29 Noyabr 2015    Oxunub:1578
Şəki şəhərində intihar hadisəsi baş verib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, 61 yaşlı yerli sakin Yaşaq Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə tapılıb.

Onu mərhumun həyat yoldaşı aşkar edib.

Hadisə yerində aparılan araşdırma zamanı Yaşaq Nəcəfovun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, mərhumun həyat yoldaşı Telli Şəki Rayon Mərkəzi Xəstəxanasının Burun-boğaz şöbəsində tibb bacısı işləyir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti