Ramil Usubov şəhid polisin yas mərasimində - FOTOLAR

Ramil Usubov şəhid polisin yas mərasimində - FOTOLAR
  28 Noyabr 2015    Oxunub:8101
Lənkəranda Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü İsmayıl Rəsul oğlu Tağıyevin yas mərasimi keçirilir.

AzVision.az Cənub Regional Televiziyasına istinadən məlumat verir ki, mərhumun doğulduğu Lənkəran şəhərinə onun ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib. Mərasimə daxili işlər naziri Ramil Usubov və nazirliyin yüksək rütbəli şəxsləri də qatılıb.

Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub.

Ağır atletika üzrə Avropa çempionu İ.Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan Prezidenti İlham Əliyev ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.








Teqlər:  





Xəbər lenti