Vəkillər Kollegiyasının sədri öldürüldü - VİDEO

Vəkillər Kollegiyasının sədri öldürüldü - VİDEO
  28 Noyabr 2015    Oxunub:4168
Türkiyənin Diyabəkr vilayətində terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Atışma zamanı vilayətin Vəkillər Kollegiyasının (VK) sədri öldürülüb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə mətbuat konfransı zamanı baş verib.

Mətbuat konfransında çıxış edən Vəkillər Kollegiyasının sədri Tahir Elçi başından güllə yarası alıb. T. Elçinin həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı 1 polis əməkdaşı şəhid olub, 3-ü isə yaralanıb.

Qeyd edək ki, Tahir Elçi bir müddət əvvəl qonaq olduğu bir verilişdə PKK-nın terror təşkilatı yox, siyasi bir hərəkat olduğunu söyləmişdi. Qalmaqal yaradan bu açıqlamadan sonra Elçi haqqında cinayət işi açılmışdı.



Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti