`Azərbaycan həmişə Belarusa güvənə bilər` - Lukaşenko

`Azərbaycan həmişə Belarusa güvənə bilər` - Lukaşenko
  28 Noyabr 2015    Oxunub:2272
“Belarusun çətin vəziyyətində Azərbaycanın etdiyi yardımı unuda bilmərik”

AzVision.az xəbər verir ki, bunu Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Belarus lideri Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb.

Lukaşenko Azərbaycan xalqına həmişə yüksəkdə olmağı və bütün çətinlikləri dəf etməyi arzulayıb.

Bundan əlavə, Belarus lideri Azərbaycan tərəfinin ikitərəfli əlaqələr, bütün sahələrdə əməkdaşlığa verdiyi töhfəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

A. Lukaşenko onu da əlavə edib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti