`İndi heç bir dövlət üçün asan deyil` - İlham Əliyev

`İndi heç bir dövlət üçün asan deyil` - İlham Əliyev
  28 Noyabr 2015    Oxunub:1912
Azərbaycan Belarusla əməkdaşlığın bütün istiqamətlərində pozitiv dinamikanı görür.

AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarusda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadiyyatın sürətlə inkişaf etdiyi Belarusda sosial problemlər aktiv şəkildə həll olunur. “İndi heç bir dövlət üçün asan vaxt deyil, lakin buna baxmayaraq Belarus pozitiv inkişaf dinamikasını saxlayır, ölkədə ictimai-siyasi sabitlik təmin olunur. İqtisadi böhran bizim hamımıza təsir edib. Lakin Belarus böhranın ən az təsir etdiyi ölkələrdəndir.

Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Bütün istiqamətlər üzrə pozitiv dinamika və nəticələr görürük. Ölkələr arasında əməkdaşlıq illərin sınağından çıxmış möhkəm dostluğa əsaslanır”, - deyə İlham Əliyev bildirib.

Azərbaycan prezidenti Aleksandr Lukaşenkonu ölkəmizə rəsmi səfərə dəvət edib: “Hər bir səfər bizim münasibətlərimizin strateji xarakterdə olmasının növbəti siyasi sübutudur. Biz belə görüşlərdə siyasi, iqtisadi, sənaye sahələri ilə bağlı xeyli sayda məsələləri müzakirə edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti