Nardaranın işıq və qaz borcu - 43,5 milyon manat
Nardaran sakinləri həmçinin qəsəbəyə təbii qazın verilişində də bir müddət əvvəldən fasilə yarandığını qeyd ediblər.
APA-nın bununla bağlı müvafiq qurumlara ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var: “2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manat olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc var”.
Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir: “Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub”.
Teqlər: