Çilidə güclü zəlzələ olub

Çilidə güclü zəlzələ olub
  28 Noyabr 2015    Oxunub:1501
Çilidə 6,2 bal gücündə zəlzələ baş verib.
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin ölkənin şimalındakı Taltal şəhərinin 69 kilometr şimal-qərbində baş verdiyini açıqlayıb. İlkin məlumatlara görə, zəlzələdə insan və mal itkisi olmayıb.

Qeyd edək ki, Sakit okean zəlzələ qurşağında yerləşən Çilidə 2010-cu ildə baş verən 8,8 bal gücündəki zəlzələdə və sonrakı sunami fəlakətində 700-dən çox insan ölmüş, 220 min ev istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu ilin sentyabrında baş verən 8,3 bal gücündəki zəlzələdə isə 12 nəfər dünyasını dəyişmişdi.


Teqlər:





Xəbər lenti