Sarkisyanın qurduğu tələ - Baş nazir işdən qovulur

Sarkisyanın qurduğu tələ -  Baş nazir işdən qovulur
  28 Noyabr 2015    Oxunub:2806
Son zamanlar Ermənistanın siyasi dairələri və ölkə mətbuatında konstitusiya islahatları ilə bağlı referendumdan sonra hökumətdə ciddi dəyişikliklərin olmasına dair xəbərlər dolaşır.
Bu barədə AzVision.az “Qraparak” qəzetinə istinadən xəbər verir.

“Bəziləri iddia edir ki, ölkədə dəyişiklərin təşəbbüskarı baş nazir Ovik Abramyandır. Lakin hakim “Respublika” partiyasından olan mənbələrin sözlərinə görə, bu dəyişikliklərin ilk qurbanı elə məhz baş nazir olacaq. Hakimiyyətdəki mənbələr əminlikdə bildirirlər ki, baş nazir postundan gedəcək. Prezident Serj Sarkisyan çoxdan bu barədə qərar qəbul edib. Ermənistanın yeni baş nazirinin Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyanın olacağı qeyd edilir. Bu versiyanı gücləndirən əsas səbəblərdən biri qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçirilən tədbirlərdən tutmuş, konstitusiya islahatları ilə bağlı seçki təbliğatı da daxil olmaqla bütün tədbirlərin keçirilməsinin məhz ona tapşırılmasıdır.

Baş verə biləcək potensial dəyişikliklər baş naziri narahat edir və konkret addımlar atmağa vadar edir. Belə ki, Ovik Abramyan nəzarəti altında olan KİV rəhbərlərinə referendumdan sonra Viqen Sarkisyanın “vurulması” haqqında tapşırıq verib”, - deyə nəşr vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti