Azərbaycanlıların xurma problemi həll olundu
Xatırladaq ki, noyabrın 14-dən Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları aparan azərbaycanlı fermerlər Dağıstan ərazisində hökumət tərəfindən yol rüsumunun artırılmasına etiraz edən yük avtomobili sürücülərinin tətil etməsi səbəbindən öz mallarını vaqonlardan avtomaşınlara yükləyə bilmirdilər.
Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yanında keçirilən müşavirədən sonra Azərbaycanın nümayəndə heyəti qonşu Dağıstan respublikasına səfər edib.
Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənayə nazirnin müavini Sahib Məmmədovun ANS-ə verdiyi məlumata görə, kənd təsərrufatı naziri müavini İlham Quliyevin də daxil olduğu nümayəndə heyəti Dərbənddə Dağıstanın baş naziri AbduSaməd Həmidovun iştirak etdiyi müşavirəyə qatılıblar.
Dağıstanın baş naziri problemi aidiyyatı qurumlarla geniş müzakirə edib, bir daha belə problemlərin yaranmaması üçün müvafiq təşkilatlara təcili tapşırıqlar verib. (anspress)