Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim edib. Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.