Bu gün də dözün, istiliyin verilməsi sabaha qaldı

Bu gün də dözün, istiliyin verilməsi sabaha qaldı
  27 Noyabr 2015    Oxunub:3443
Azərbaycanda qazanxanalara qazın verilişi bərpa olunur.
Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb. Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

AzVision.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, qazanxanalara qazın verilişi sabahdan etibarən tam bərpa ediləcək: “Azəristiliktəchizat” borcunu tam ödəməsə də, razılığa gəldik ki, qazın verilişini bərpa etmək lazımdır. Bu günədək borcu az olan qazanxanaları qazla təmin edirdik, lakin sabahdan etibarən qazın verilişini tam bərpa edəcəyik".


Teqlər:  





Xəbər lenti