Metroda sərnişinlər bir-bir yoxlanılır - Terror təhlükəsi

Metroda sərnişinlər bir-bir yoxlanılır - Terror təhlükəsi
  27 Noyabr 2015    Oxunub:3691
Ötən gündən başlayaraq Bakı metrosunda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə gücləndirilib.
AzVision.az xəbər verir ki, bütün metro stansiyalarında sərnişinlər yoxlanılır.

Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır

Metronun “Sahil”, “İçəri şəhər”, “28 May”, “Nəriman Nərimanov", ”Ulduz", “Əzizbəyov”, “Neftçilər”, “Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar.

Polis əməkdaşları metroda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər. Onlar bu barədə rəhbərlik tərəfindən ciddi tapşırıq aldıqlarını deyiblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sərnişinlərin metroya bir-bir yoxlanaraq buraxılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.


Teqlər:  





Xəbər lenti