Çavuşoğlu Nardaran hadislərindən danışdı
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Bakının Nardaran kəndində baş verən hadisələrə münasibət bildirərkən deyib.
“Azərbaycan və Türkiyə terrorla ortaq şəkildə mübarizə aparır. Türkiyə terrorla mübarizədən əziyyət çəkən ölkə kimi Azərbaycanı yaxşı anlayır və bu sahədə dəstəkləyir. Bir daha hadisə nəticəsində ölənlərə Allahdan rəhmət diləyirəm”, - deyə Çavuşoğlu vurğulayıb.
Türkiyə XİN rəhbəri Azərbaycan və Türkiyədə belə hadisələrin təkrarlanmamasına ümid etdiyini bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az