Suriyada rus pilotunu İran əsgərləri xilas edib

Suriyada rus pilotunu İran əsgərləri xilas edib
  27 Noyabr 2015    Oxunub:2197
Türkiyənin hava sərhədini pozan Rusiyanın "Su-24" hərbi təyyarəsinin sağ qalan pilotunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, "Qüds"ün komandanı Qasım Süleymaninin başçılıq etdiyi dəstə xilas edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, pilotun xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub.

İkinci əməliyyat isə Q.Süleymaninin başçılığı ilə keçirilib və uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb.




Teqlər:





Xəbər lenti