Gürcüstanla sərhədin delimitasiyasısl davam edir - DSX

Gürcüstanla sərhədin delimitasiyasısl davam edir - DSX
  27 Noyabr 2015    Oxunub:2084
Dövlət Sərhəd Хidmətinin (DSX) rəisi Elçin Quliyev Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə görüşüb.
DSX-nın Mətbuat Mərkəzindən verilən AzVision.az - a verilən məlumatda bildirilir ki, Azərbaycan Res­pub­li­ka­sı­nda işgüzar səfərdə olan Gürcüstanın Daxili işlər naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşun­lаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilib.



Görüşdə Azərbaycan - Gürcüstan dövlət sərhədin­də əmə­liy­yat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Res­pub­li­ka­sı­nın Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlən­dirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Gürcüs­tan dövlət sərhədin­in delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər. Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qa­çaq­mal­çı­lı­ğa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.



Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbay­can Res­pub­li­ka­sı­nın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulan­ıb. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Teqlər:  





Xəbər lenti