Çavuşoğlu Şəhidlər Xiyabanda

Çavuşoğlu Şəhidlər Xiyabanda
  27 Noyabr 2015    Oxunub:1509
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 27-də Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun bu gün həmkarı Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti