`Qarabağ` bu dəfə bizi sevindirə bilmədi

`Qarabağ` bu dəfə bizi sevindirə bilmədi
  27 Noyabr 2015    Oxunub:2667
Bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.
AzVision.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandamız əzmkar oyun nümayiş etdirib. Birinci hissədə qapılar toxunulmaz qalıb.

Matçın ikinci hissəsində Ağdam klubu bir neçə dəfə real qon şansı əldə etsə də hesabda önə çıxa bilməyib. Oyunun 78-ci dəqiqəsində Harri Keynin vurduğu qolla "Tottenhem" Bakıda 3 xal qazana bilib.

Oyun rəqib komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla Ağdam klubu doğma meydanında ilk dəfə məğlub olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti