`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları

`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları
  26 Noyabr 2015    Oxunub:40626
Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib. AzVision.az -ın iki əməkdaşı da çəkiliş apararkən bir qrup şəxsin hücuma məruz qalıb.

AzVision.az -ın reportyoru Hafiz Əhmədov hadisəni belə xatırlayır: “Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub kəndə piyada getdik. Meydanda cavan oğlanların əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yer qara bayraqlar asılmışdı”.

Əməkdaşımız deyir ki, bələdiyyə binasına yaxınlaşanda nardaran gəncləri onların üstünə hücum çəkib: “Dəmir dəyənəklərlə silahlanan şəxslər fotoqaf Elvin Abdullanı vurmağa başladılar. Mən onları ayırmaq istəyəndə, hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. “Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır, kim gəlsə öldürəcəyik” - deyirdilər. Bizi təhqir edib, söydülər. Gücnən onların əlindən xilas olduq”.

Nardaranda yerli sakinlər tərəfindən döyülən fotoqraf Elvin Abdullanın fotoaparatı əlindən alınaraq sındırılıb: “Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstünə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti