Putin Ərdoğandan üzr və təzminat gözləyir

Putin Ərdoğandan üzr və təzminat gözləyir
  26 Noyabr 2015    Oxunub:2269
Rusiya terrorizmlə mübarizədə tərəfdaş hesab etdiyi şəxslərin kürəyə xaincəsinə vurduğu zərbələri tamamilə izahedilməz hesab edir.
AzVision.az “TASS-a” istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bir sıra xarici səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

“Türkiyə qəsdən Rusiya ilə münasibətləri dalana dirəyir. İndiyə qədər bizə “Su-24” təyyarəsi ilə bağlı nə üzrxahlıq, nə də təyyarənin vurulması ilə bağlı zərərin ödənilməsi haqqında təklif daxil olub”, - deyə Putin qeyd edib.

Putin hesab edir ki, terrorizmə qarşı beynəlxalq koalisiya formalaşdırılacaq və Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatını dəstəkləyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti