Türkiyənin bu addımı cavabsız qalmayacaq – Rusiya XİN

Türkiyənin bu addımı cavabsız qalmayacaq – Rusiya XİN
  26 Noyabr 2015    Oxunub:2752
“Moskva bir daha bildirir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və cavabsız qalmayacaq”.
AzVision.az məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumatda bildirilir ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüş keçirib, həmçinin Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti