“Selfie”nin daha bir qurbanı

“Selfie”nin daha bir qurbanı
  26 Noyabr 2015    Oxunub:2011
Rusiyada 14 yaşlı yeniyetmənin `Selfie` çəkmək istəyi faciə ilə nəticələnib.
AzVision.az xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb. Belə ki, şəkil çəkmək istəyən yeniyetmə yaşadığı binanın damına çıxıb. Qeyri-adi şəkil çəkmək istəyən oğlan müvazinətini saxlaya bilməyərək 16-cı mərtəbədən yıxılıb.

Hündürlükdən yıxılan oğlan ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hal-hazırda faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti