Bağçada yaşayan köçkünün 27 mini oğurlanıb

Bağçada yaşayan köçkünün 27 mini oğurlanıb
  26 Noyabr 2015    Oxunub:2776
Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib.
AzVision.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti