`Türk dünyasının acıları bir olmalıdır` - Qənirə Paşayeva

`Türk dünyasının acıları bir olmalıdır` - Qənirə Paşayeva
  25 Noyabr 2015    Oxunub:3762
Kahramanmaraşda keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbirin açılışındakı çıxışında Türk dünyasının siyasətçiləri, aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq, onları yaşadığımız ağrı-acılara həssaslıq göstərməyə çağırıb.

Q.Paşayeva deyib ki, “Bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

Türk dünyasının müxtəlif bölgələrində insanların yaşadığı ağrılardan, problemlərdən danışan millət vəkili söyləyib ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik.

Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün Kahramanmaraş bələdiyyəsinə təşəkkürünürü bildirən millət vəkili Qənirə Paşayeva açılış mərasimindəki çıxışını “İnşallah, yaxın zamanlarda belə Beynəlxalq Kitab Fuarlarını Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirərik. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib.


Teqlər:





Xəbər lenti