10 yaşlı uşağın qatili tutuldu

10 yaşlı uşağın qatili tutuldu
  25 Noyabr 2015    Oxunub:2171
Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az - a daxil olan məlumata görə, Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub. Hadisə nəticəsində sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti