Səyyar `ASAN` Ağsu və Müşfiqabadda

Səyyar `ASAN` Ağsu və Müşfiqabadda
  25 Noyabr 2015    Oxunub:2428
25 noyabr - 9 dekabr tarixlərində Səyyar ASAN xidmət Ağsu şəhərində Ağsu sakinlərinə, 26 noyabr - 5 dekabr tarixlərində isə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Qaradağ rayonu sakinlərinə səyyar formada xidmət göstərəcək.
“ASAN xidmət”in informasiya təminatı şöbəsindən verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti