Bakıda kütləvi dava: iki polis yaralandı
Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib.
F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.