Emin Əminənin yeni şəkillərini yaydı - FOTOLAR

Emin Əminənin yeni şəkillərini yaydı - FOTOLAR
  25 Noyabr 2015    Oxunub:39424
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın övladlığa götürdüyü Əminənin yeni fotoları yayılıb.

AzVision.az xəbər verir ki, Emin Ağalarovun sosial şəbəkədəki hesabında paylaşdığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: "Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".







AzVision.az


Teqlər:  





Xəbər lenti